+994 50 661 22 20 | Həftə içi 5 gün, saat 09:00 – 18:00

Hüquqi tərcümə

Hüquqi sənədlərin tərcüməsi olduqca məsuliyyətli prosesdir. Düzgün sözləri seçmək, terminologiyanı yerində istifadə etmək əhəmiyyətli olduğu kimi, bir neçə mənalı sözlərdən, gələcəkdə məhkəmə çəkişmələrinə qədər apara biləcək ifadələrdən mümkün qədər qaçmaq hüquqi sənədlərin spesifik xüsusiyyətləridir. Biz anlayırıq ki, kiçik bir tərcümə xətası Sizin üçün böyük öhdəliklərlə nəticələnə bilər. Sizi bu və bu kimi risklərdən sığortalanmaq üçün daima yenilənən onlayn bazamızda olan və hüquqi sahədə tərcümə təcrübəsinə malik əməkdaşlarımızı cəlb edirik.

VERO Tərcümə şirkəti olaraq uğurlu şifahi və yazılı təcrübəyə, o cümlədən terminoloji bazaya malik tərcüməçilərimizlə Sizin ən yaxın yardımçınız və təhlükəsiz təminatçınız ola bilərik.

Hüquqi tərcümə üzrə istiqamətlərimiz:

  • Müqavilə, hüquqi terminlər, qərarlar, izahat, ifadələrin və digər hüquqi sənədlərin tərcüməsi;
  • Yerli və beynəlxalq səviyyədə qanunvericiliyin, məhkəmə işlərinin və əlaqədar sənədlərin müxtəlif dillərə düzgün şəkildə şifahi və yazılı tərcüməsi;
  • Şirkət nizamnamələrinin tərcüməsi;
  • Məhkəmə iclaslarında tərcümə xidmətlərinin göstərilməsi;
  • Patentlərin tərcümə olunması;
  • Hüquqi sənədlərin notarial təsdiq olunması xidməti.

Xidmətin üstünlükləri:

Siz ən yaxşı tərcümə xidmətinə layiqsiniz

Formatlar: .ppt .pptx .pdf .xlsx .xls .doc .docx .csv