+994 50 661 22 20 | Həftə içi 5 gün, saat 09:00 – 18:00

Marketinq tərcüməsi

Marketinq sahəsi üzrə tərcümə daha çox hisslərin ötürülməsi ilə bağlıdır. Onlayn bazamızda olan tərcüməçilər mətnləri Sizin nəzərdə tutduğunuz hədəf kütləsinə və seçdiyiniz kommunikasiya vasitələrini nəzərə almaqla tərcümə edirlər. VERO Tərcümə şirkəti olaraq Sizinlə eyni dalğanı paylaşmaq üçün marketinq sahəsində baş verən yenilikləri daima izləməkdəyik.

Marketinq üzrə tərcümə istiqamətlərimiz:

  • Reklam mətnlərinin və şüarların tərcüməsi;
  • Marketinq planların tərcüməsi;
  • Kataloq və bukletlərin tərcüməsi;
  • Sayt mətnləri və bloqların tərcüməsi;
  • PR materiallarının tərcüməsi.

Xidmətin üstünlükləri:

  • Sahədən məlumatlıyıq

    Marketinq sahəsi üzrə biliklərimizi təkmilləşdirmək və yeniliklərdən xəbərdar olmaq üçün Azərbaycanın peşəkar marketoloqlarından fikir alırıq.

  • Proseduru bilirik

    Biz marketinq xidmətləri üzrə prosedur qaydalarından məlumatlı olduğumuz üçün bu istiqamətdə olan mətnlərin necə tərcümə olunacağını yaxşı bilirik.

Siz ən yaxşı tərcümə xidmətinə layiqsiniz

Formatlar: .ppt .pptx .pdf .xlsx .xls .doc .docx .csv